Səudiyyə Ərəbistanının F-15 qırıcısı qəzaya uğrayıb
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi F-15 qırıcısının bu ölkənin şərq əyalətində qəzaya uğradığını açıqlayıb.
SəhərAzəri- "Sputnik"in məlumatına görə, Ərəbistanın Müdafiə Nazirliyinin sözçüsü Türki Əl-Maliki verdiyi açıqlamada bildirib ki, bazar günü axşam saatlarında Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi təlim missiyası zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Türki Əl-Malikinin bəyanatında deyilir: "Bazar günü axşam saat 22:52-də Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi ölkənin şərqindəki Məlik Əbdüləziz Hava Bazasındakı təlim bölgəsində adi təlim missiyası zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
O, həmçinin əlavə edib ki, təyyarənin pilotu və köməkçi xilasedici oturacağından istifadə edərək, sağ qalıb və qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Əl-Maliki qəzanın təfərrüatlarını və səbəblərini öyrənmək üçün təhqiqat komitəsinin öz vəzifəsinə başladığını də bildirib.