Noy 09, 2022 12:51 Asia/Baku
  • Gələcək müharibədə başımıza minlərlə raket yağacaq

Sionist rejimin hərbi məsələlər üzrə eksperti deyib ki, gələcək müharibədə şimal sərhədlərindən işğal olunmuş ərazilərə tərəf minlərlə raket atılacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin hərbi eksperti və müxbiri Hallel Beton dünən vurğulayıb ki, bu rejimin hərbi-təhlükəsizlik aparatında, bağlı qapılar arxasında deyilir ki, gələcək müharibədə şimal sərhədlərindən bizə tərəf minlərlə raket atılacaq və bu raketlər ağır xəsarət və tələfatlar törədəcək.

Bu sionist hərbi ekspert əlavə edib: Ordu başçıları bilirlər ki, düşmən raket atışının kənarında bir quru nailiyyətinə çatmaq üçün də səy göstərəcək.

Beton qeyd edibdir ki, Suriya və Livanla şimal sərhədləri Təl-Əvivin təhlükəsizliyi üçün bir təhdid sayılır.

Müqavimət qrupları bazar ertəsi günü öz hazırlıqları istiqamətində sınaq formasında Aralıq dənizinə tərəf raket atıblar.

 

Teqlər