Mart 04, 2023 13:44 Asia/Baku
  • Sionist rejim böhran içində boğulur

Hersoq: İsrail çətin bir dövr keçir

 SəhərAzəri-nin məlumatına əsasən, işğalçı İsrail rejimin prezidenti İshaq Hersoq çətin bir dövr yaşayan terror dövlətinin çox təhlükəli daxili böhranla üzləşdiyini etiraf edib.

Sağçı və irqçi Benyamin Netanyahu kabinetinin formalaşması və cəmiyyətdə daxili təfriqələrin güclənməsindən sonra İsrail rəsmiləri bir-birinin ardınca daxili böhranların dərinləşməsi və rejimin süqutu ilə bağlı xəbərdarlıq edirlər.

Bu istiqamətdə rejimin prezidenti İshaq Hersoq son çıxışında çətin dövr yaşayan İsrailin çox təhlükəli daxili böhranla üzləşdiyini etiraf edib və deyib: “İsrail və onun cəmiyyəti dərin daxili böhran mərhələsindədir. Biz daha çox parçalanma və dağılma ilə üzləşirik. Bu daxili böhran hamımızı, xüsusən də İsrailin birliyini təhdid edir və bu çox təhlükəlidir”.

Hersoq İsrailin geri dönüşü olmayan bir nöqtəyə çatmasından narahatlığını da dilə gətirib.

 

Teqlər