Sionist rejimin 200 qırıcı pilotu məhkəmə islahatlarına etiraz olaraq, xidmətdən imtina edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i398508-sionist_rejimin_200_qırıcı_pilotu_məhkəmə_islahatlarına_etiraz_olaraq_xidmətdən_imtina_edib
Sionist rejimin 200-ə yaxın yüksək rütbəli qırıcı pilotu bu rejimin baş naziri Benyamin Netanyahunun təklif etdiyi məhkəmə islahatlarına etiraz olaraq, bütün Hərbi Hava Qüvvələri, nəqliyyat və helikopter təşkilatlarında fəaliyyətini dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2023 16:02 Asia/Baku
  • Sionist rejimin 200 qırıcı pilotu məhkəmə islahatlarına etiraz olaraq, xidmətdən imtina edib

Sionist rejimin 200-ə yaxın yüksək rütbəli qırıcı pilotu bu rejimin baş naziri Benyamin Netanyahunun təklif etdiyi məhkəmə islahatlarına etiraz olaraq, bütün Hərbi Hava Qüvvələri, nəqliyyat və helikopter təşkilatlarında fəaliyyətini dayandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu qrup "çox yüksək rütbəli" pilotlardır ki, əməliyyatlarını sionist rejimin açıq şəkildə etiraf etmədiyi yerlərdə həyata keçirirlər. 

Bu pilotlar baş nazir Benyamin Netanyahunun cümə axşamı çıxışından sonra Hərbi Hava Qüvvələrində fəaliyyətlərini dayandırmaq qərarına gəldiklərini bildiriblər.

Onların fikrincə, Netanyahunun islahatları dayandırmaq niyyəti yoxdur və İsraili "diktaturaya" aparır və onlar xidmətə davam edə bilməzlər.

Onlar vurğulayıblar ki, bu hərəkət hakimiyyətlə İsraili müdafiə etmək üçün həyatlarını təhlükəyə atanlar arasında ciddi etimad böhranı yaradır.