Mart 26, 2023 17:36 Asia/Baku
  • Netanyahuya qarşı kütləvi nümayişlər on ikinci həftədir ki, davam edir

Xəbər mənbələri şənbə günü gecə on minlərlə insanın işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionist rejimin baş naziri Benyamin Netanyahu və onun kabinetinin siyasətlərinə qarşı etiraz aksiyası keçirdiklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, məhkəmə-hüquq sistemi haqqında qanuna dəyişiklik edilməsi planından sonra bütün işğal olunmuş ərazilərdə həftəlik nümayişlər keçirilir.

Bu nümayişlər məhkəmə islahatları kimi tanınan dəyişikliklərə qarşı ardıcıl on ikinci həftədir ki, keçirilir.

İbrani dilli mənbələr Netanyahunun məhkəmə islahatları planına qarşı Təl-Əvivdə bu gecə keçirilən nümayişdə iştirak edənlərin sayının 200 min nəfər civarında olduğunu açıqlayıblar.

İşğal olunmuş ərazilərin sakinlərinin "konstitusiya" çevrilişi kimi şərh etdiyi Netanyahunun kabinetinin "məhkəmə qanunu islahatı" adlı planı bu rejimin məhkəmə sisteminin səlahiyyətlərini azaldılacaq, əksinə hökumətin və qanunvericilik orqanının qüdrətini və mövqeyini gücləndirəcək. 

Bu qanun layihəsi Knessetin bazar ertəsi keçirilən iclasında 63 lehinə, 47 əleyhinə səslə təsdiqlənib.

İllərdir korrupsiya, rüşvətxorluq və əmanətə xəyanət ittihamları ilə mühakimə olunan Netanyahu "məhkəmə sistemi islahatı" kimi tanınan bu planla mühakimədən qaçmağı planlaşdırır.

Teqlər