Suriya nefti oğurlanır
Dəməşq qeyri-qanuni neft ixracına görə ABŞ-dən təzminat tələb edir
Apr 23, 2023 15:41 Asia/Baku
Suriyanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti ABŞ və ona bağlı hərbi birləşmələr tərəfindən öz təbii sərvətlərinin sistematik şəkildə talanmasına son qoymağa çağırıb.
SəhərAzəri-nin məlumatına görə, Bu barədə nazirliyin açıqlamasında deyilir: “Suriya ABŞ-ın işğalçı qüvvələrinin hərəkətlərini pisləyir və ölkənin şimal-şərqindəki yataqlardan qeyri-qanuni neft ixracı nəticəsində dəymiş iqtisadi zərərin ödənilməsini tələb edir”.
Sənəddə vurğulanır ki, Suriya xalqına məxsus təbii sərvətlərin talanması beynəlxalq humanitar hüquqa ziddir, vətəndaşların yoxsullaşmasına səbəb olur.