May 13, 2023 17:58 Asia/Baku
  • Netanyahu İslami Cihad Hərəkatının tək qalmasını istəyirdi

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah deyib ki, Netanyahu İslami Cihad Hərəkatının tək qalması və digər müqavimət qruplarının bitərəf qalmalarını, həmçinin müqavimət qrupları arasında parçalanma və fitnə törətmək istəyirdi.

Beyrutun cənubunda müqavimət komandirlərindən olan Mustafa Bədrəddinin şəhadətinin ildönümü günü mərasimində çıxış edən Seyid Həsən Nəsrullah qeyd edib ki, Netanyahunun məqsədi, öz hökumətində yaranmış qarışıqlıqdan, bu rejimi hədələyən ikitirəlik, aksiyalar və daxili böhrandan qaçmaq olubdur.

Müqavimət qruplarının vahid mövqeyi, bu qruplara qarşı fitnəkaralıq və onları məhdudlaşdırmaq niyyətini uğursuz qoydu və düşmənin öz məqsədlərindən heç birinə çatmamasına səbəb oldu- deyə, Livan Hizbullahının baş katibi vurğulayıb.

Seyid Həsən Nəsrullah əlavə edib: Düşmən gözləyirdi ki, Qəzzədən təkcə iki raket atılacaq, lakin fələstinli qruplar bu rejimi iztiraba saldılar.

Netanyahu hazırda sionistlərə deyə bilmir ki, çəkindiricilik gücümüzü yenidən əldə etmişik, zira vədlərini verdiyi hədəflərdən heç biri həyata keçməyibdir. Bu nəticə, müqavimət qrupları arasındakı birliyin hesabına əldə olunub- deyə, Livan Hizbullahının baş katibi qeyd edib.

Seyid Həsən Nəsrullah Suriya barədə isə belə söyləyib: Bəzilərinin Suriya və İran barədəki ifadələrini dəyişdiklərini görmək, təbii bir haldır, zira onların əvvəlki düşüncələri yanlış idi. Suriya öz yerində qaldı, mövqeyini də dəyişmədi.

O, əlavə edib: Seyid İbrahim Rəisinin Dəməşqə səfəri Suriyanın ərəb dünyasının qoynuna qayıtdığı şəratdə baş tutdu və İranla Suriya arasında imzalanmış müqavilələr böyk əhəmiyyət kəsb edir.

 

Teqlər