İyun 21, 2023 17:22 Asia/Baku
  • Suriyalı rəsmi: Astanada istənilən faktiki nəticələr Türkiyə qüvvələrinin dərhal çıxarılmasına əsaslanmalıdır

Suriya xarici işlər nazirinin müavini Əymən Sousan deyib: "Astana prosesinin istənilən real nəticəsi Türkiyənin öz qüvvələrini Suriya ərazisindən çıxarmasına razılıq verməsinə əsaslanmalıdır".

Suriya, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriyada daxili mübahisələrin həlli üzrə Astana formatında dördtərəfli görüşün 20-ci raundu çərşənbə axşamı başlayıb və görüşün əvvəlində Rusiya və Suriya nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Əymən Sousan qeyd edib ki, Türkiyə qüvvələrinin konkret cədvələ əsasən çıxarılması, qaçqınların geri qaytarılması, bütün formalarda terrorizmlə mübarizə və iki ölkə arasında münasibətlərlə bağlı digər məsələlərin müzakirəsi üçün əsas yaradır.

Türkiyə rəsmilərinin Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı bəyanatları onun Suriya torpaqlarının işğalını davam etdirməsi ilə uyğun gəlmir və beynəlxalq hüququ və ölkələr arasındakı münasibətlərin ən əsas prinsiplərini pozur.