Etirazçılar knesset binasına hücum ediblər
Əlcəzirə-Mübaşir telekanalı məhkəmə islahatları qanununun qəbul olunmasına etiraz edənlərin sionist rejim parlamenti- knessetin binasına hücumu barədə görüntülər yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Xəbərlərə əsasən, Netanyahunun knessetə təqdim etdiyi məhkəmə islahatları üzrə qanun layihəsinin birinci oxunuşu zamanı layihəyə qarşı çıxanlar knesset binasına hücum ediblər.
Sionist rejim polisi knessetin zallarında etirazçılardan bir qrupu ilə toqquşub və onları zorla həbs edib.
Belə bir halda, knesset binasının qarşısında sözügedən layihəyə qarşı etiraz və aksiyalar davam edir.
Netanyahunun nəzərdə tutduğu məhkəmə islahatları ona məhkəmə hakimlərinin seçilməsi komitəsinə yiyələnmək, onun ardınca da ali məhkəməni zəiflətmək və səlahiyyətlərini məhdudlaşdırmaq imkanı yaradır.