28-ci həftə olaraq Netanyahuya qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i401758-28_ci_həftə_olaraq_netanyahuya_qarşı_aksiya_keçirilib
İşğal olunmuş ərazilərin sakinləri dünən iyirmi səkkizinci həftə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun «məhkəmə islahatları» layihəsinə qarşı aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2023 12:05 Asia/Baku
  • 28-ci həftə olaraq Netanyahuya qarşı aksiya keçirilib

İşğal olunmuş ərazilərin sakinləri dünən iyirmi səkkizinci həftə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun «məhkəmə islahatları» layihəsinə qarşı aksiya keçiriblər.

«Məhkəmə islahatları» layihəsinə etiraz edənlər dünən gecə işğal olunmuş ərazilərin müxtəlif bölgələrində küçələrə çıxıblar.

Ötən aylar ərzində qəsb edilmiş Fələstin- şimaldan tutmuş cənubadək, o sıradan Təl-Əviv, Hayfa, işğal edilmiş Qüds, Birəssəba, Rişon-le-Sion və Hertzliya/ Netanyahunun ekstremist sağçı nazirlər kabinetinə və sionist rejimin məhkəmə aparatında islahatlar layihəsinə qarşı aksiya səhnələri olublar.