Sionistlərin üçdə biri qəsb edilmiş Fələstindən qaçmaq istəyir
Sionistlərin üçdə biri qəsb edilmiş Fələstindən qaçmağı düşünür
Sionist rejimin bir telekanalında yayılan rəy sorğusunun nəticələri ondan xəbər verir ki, sionist qəsəbə sakinlərinin üçdə biri qəsb edilmiş Fələstindən çıxmaq və hazırkı böhranlı şəraitdən yaxa qurtarmağı düşünür.
Sözügedən nəticələri yayan sionist rejimin on ikinci telekanalı böhranların şiddətlənməsinə görə, sionist qəsəbə sakinlərinin mövcudluq nigarançılığı və iztirab səviyyəsinin artmasından xəbər verib. Bildirib ki, sionistlərin otuz üç faizi işğal edilmiş Fələstindən çıxmaq barədə fikirləşir. Onların otuz bir faizi isə gələcəkdə daxili müharibənin baş verəcəyindən nigarandır.
Respondentləri təsadüfi şəkildə seçilmiş rəy sorğusunun nəticələrinə əsasən, sionistlərin bir çoxunun nigaran olduğu məsələ, etiraz və aksiyalar dalğasının genişlənməsi sayəsində işğal edilmiş Fələstində daxili müharibənin baş verməsidir.
Dünən yayılan nəticələr göstərir ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun məhkəmə dəyişikliklərinin qəbul edilməsinə israr etməsi nəticəsində sionistlərin üçdə biri qəsb edilmiş Fələstini tərk etmək fikrindədir.