Avq 13, 2023 16:23 Asia/Baku
  • Suriya sionist rejimin Dəməşqə qarşı hava hücumunu dəf edib

Suriyanın hava hücumundan müdafiə sistemi sionist rejimin Dəməşq şəhərinin ətrafına qarşı hava hücumunu dəf edib.

Sionist rejim son illər dəfələrlə Suriyanın paytaxtı- Dəməşqə və bu ölkənin müxtəlif bölgələrinə qarşı hava hücumları keçirib və Dəməşqin hava hücumundan müdafiə sisteminin əksər hallardakı vaxtlı təqibi ilə həmin hücumlar dəf edilibdir.

Bir suriyalı yüksək vəzifəli təhlükəsizlik rəsmisi Sputnik informasiya agentliyinə deyibdir ki: Sionist rejim qırıcıları işğal olunmuş ərazilərin üzərindən Dəməşqin ətrafını bir neçə raketlə hədəfə alıblar.

Bu təhlükəsizlik rəsmisi bildiribdir ki, Suriyanın hava hücumundan müdafiə sistemi düşmən raketlərinin əksər hissəsini/ hədəfə çatmazdan öncə məhv etməyi bacarıbdır.

Bu məlumata əsasən, Suriya ordusundakı texniki-mühəndislik qrupları dəymiş zərərləri dəyərləndirmək məqsədilə həmin mərkəzlərdən birinə göndəriliblər.

Bundan öncə Suriyanın SANA rəsmi informasiya agentliyi Dəməşq ətrafında partlayış səsinin eşidilməsindən xəbər vermiş və bildirmişdi ki, həmin partlayışların mahiyyəti araşdırılmaqdadır.

Sionist rejimin Suriyaya qarşı hava təcavüzlərinin fonunda qeyd edək ki, Suriya hökuməti dəfələrlə BMT-yə və bu təşkilatın Təhlükəsizlik Şurasına məktublar göndərməklə sözügedən hücumları pisləyib və onların dayandırılmasını istəyibdir.

 

Teqlər