Avq 16, 2023 18:13 Asia/Baku
  • Knesset üzvü həyəcan təbil çalır

Ram Ben Barak: Ordumuz dağıldı

Sionist rejimin knesset nümayəndələrindən olan Ram Ben Barak bildirib ki, Benyamin Netanyahu İsrailə bütün düşmənlərdən çox zərər vurub.

“Maariv” qəzeti Ram Ben Barakın radioya verdiyi müsahibəsinə istinad edərək, ondan sitat gətirib: “Biz böhranın astanasında deyilik, tamamilə uçuruma düşmüşük və çökürük.”

Əvvəllər həm də knessetin təhlükəsizlik və xarici siyasət komitəsinin sədri olmuş Ram, Netanyahunun koalisiyasında ifrat sağçı cərəyanların iştirakına toxunaraq, vurğulayıb: “Bu ekstremist və mafioz qrup hakimiyyət piramidasının zirvəsinə nəzarəti ələ keçirib. Bəzi şəxslərin, o cümlədən Netanyahunun öz ideyaları ilə daxili qarşıdurmalar yaratmalarına baxmayaraq, bu, həm də İsrail ordusunun strukturlarını dağıdıb. İndiki vəziyyətdə hakimiyyətin başında 75 il əvvəl mövcud olanı dağıdıcı və çevrilişə cəhd edən kabinet dayanır. Onlar əslində qanunları dəyişməklə bizi diktatura rejiminə çeviriblər”.

Knesset üzvü vurğulayıb: “Netanyahu illüziya içində yaşayır. O, bizə son illərdə İsrailin bütün düşmənlərindən çox ziyan vurdu. Netanyahu ekstremistlərin məqsədlərinə əməl etməkdə həddindən artıq irəli getdiyini bilməlidir və başa düşməlidir ki, belə davam edə bilməz. Təbii ki, bu məsələyə yenidən baxmasalar, daha İsrail mövcud olmayacaq.”

Bir neçə gün əvvəl Mossad-ın keçmiş rəhbəri Tamir Pardo da Netanyahunun məhkəmə islahatlarının təsdiqinə cavab olaraq bildirmişdi: “İsrail avtomatik çökmə sistemini daxildən işə salıb və öz sonuna yaxınlaşır.”

 

Teqlər