Sionistlər Benyamin Netanyahunun evi qarşısında nümayişə çıxdı
Bir dəstə sionist işğalçı rejimin baş nazirinin evinin qarşısına toplaşaraq, işğal olunmuş Qüdsdə nümayiş keçirib.
Fələstin KİV-lərinin verdiyi məlumata görə, sionist nümayişçilər baş nazir Benyamin Netanyahu və onun ifratçı kabinetinin mübahisəli hərəkətlərinə qarşı şüarlar səsləndiriblər.
Bu xəbərə əsasən, etirazçılar həmçinin mübahisəli “məhkəmə dəyişiklikləri” qanun layihəsinə qarşı şüarlar səsləndirərək, onun sionist rejimin Knessetində (parlamentində) təsdiqi prosesini dayandırmağı tələb ediblər.
Qeyd edək ki, bu qanunun təsdiqi sionist rejimin məhkəmə sisteminin səlahiyyətlərinin azaldılmasında ilk addımdır.
Xatırladaq ki, bu qanunun təsdiqindən sonra sionistlərin siyasi arenada məhv olunacaqları və rejimin daha böhranlı günlər yaşayacağı fikirləri səsləndirilib.