Sen 29, 2023 14:23 Asia/Baku

Livanın paytaxtı Beyrut şəhərində Azərbaycan Respublikası səfirliyinin yaxınlığında bir qrup erməni etiraz aksiyas keçirib.

TASS xəbər agentliyinin verdiyi məlumata görə, aksiya milliyyətçi "Daşnaksutyun" partiyasının yerli filialı tərəfindən təşkil olunub. Akçiyaçılar Azərbaycan Respublikası ordusunun Qarabağ separatçılarına qarşı son əməliyyatlarına, Qarabağa Azərbaycanın nəzarətinin təmin olunmasına öz etirazlarını bildirmək istəyiblər. Aksiya iştirakçılarından bəziləri aqressiv davranıb və diplomatik missiyanın binası istiqamətinə daş atmağa başlayıb. Buna cavab olaraq polis gözyaşardıcı qaz qumbaralarından istifadə edərək, kütləni səfirliyin hasarından uzaqlaşdırıb.