Ərəbistanda iki pilotun edam edilməsinin səbəbi ifşa olunub
Amerikan “Fair Observer” saytı bir reportajda ifşa edibdir ki, iki həftə bundan əvvəl həyata keçirilən Səudiyyə Ərəbistanı hava qüvvələrinin iki pilotunun xəyanət ittihamı ilə edam olunmasının əsas səbəbi, onların Yəməndəki mülki hədəfləri bombalamaqdan imtina etmələri olub.
Macid bin Musa Əvəz Əlbələvi və Yusif bin Rza Həsən, son zamanlar öz fəaliyyətlərinə görə, həbs olunan onlarla zabit və pilotdan ikisidir.
Reportajın davamında deyilir ki, səudiyyə başçıları səkkiz ildən çox Yəmən müharibəsində iştirak edən bu ölkə ordusunun daxilində mövcud olan hiddətə görə, hərbi çevrilişlərin baş verəcəyindən nigarandırlar.
Reportajın bir hissəsində deyilir ki, bu addımda məqsəd, Əlbələvi və Həsən kimi şəxslərin Məhəmməd bin Salmana qarşı silahlı qiyam istiqamətində katalizatorlara çevrilməmələri üçün ehtimal üzrə ordudan ayrılmaq istəyən digər hərbçilərə ciddi çəkindirici mesajın ötürülməsidir. Xüsusən ona görə ki, Səudiyyə Ərəbistanı bundan öncə də orduda parçalanmalarla üzləşibdir.