Okt 13, 2023 21:49 Asia/Baku
  • Sionistlərin cinayətləri və ABŞ-ın dəstəyi sülhü tapdayır

Iran Xarici işlər naziri bildirib ki, Regionun dincliyə ehtiyacı var, lakin sionist rejimin hərbi cinayətləri və ABŞ-ın dəstəyi regionda sülhün davamı üçün heç bir zəmanət vermir.

Cənab Əmir Abdullahian Beyrutda livanlı həmkarı ilə görüşündə Fələstində baş verən hadisələrə toxunaraq, sionist rejimin Qəzzədəki cinayətkar addımlarını, onun müharibə cinayətini xatırladaraq, İslam müqavimətin apardığı son əməliyyatları məhz Fələstinin müstəqil addımı hesab edib.

O bub görüşdə dedyib ki, sionistlərin Qəzzəda hərbi cinayətlərinə baxmayaraq, Fələstin müqaviməti uzun müddət sionist rejim qarşısında dayana biləcək böyük bir imkanlara malikdir. Bu Müqavimət hərəkatı hələ də bir çox imkanlarından istifadə etməyib”

Iran xarici siyasət idarəsinin başçısı sionistlərin Qəzzada su, elektrik və yanacağın kəsilməsi ilə bağlı qəddar hərəkətinə toxunaraq bildirib ki, bu böhrana bütün dünya diqqət mərkəzində saxlamalıdır. O sözünün davamında İran İslam Respublikası Fələstində ölkədəki vəziyyəti nəzər alaraq, İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasının keçirilməsini təklif edib və Fələstinin hazırkı vəziyyətini araşdırmaq və müsəlman dünyasının bu ölkə və xüsusilə də Qəzzə xalqına dəstək üçün bu iclasın tez bir zamanda keçirilməsini vacib saydığını deyib.

“ Əl-Əqsa əməliyyatı Fələstin xalqının sionist rejim və onun ifrat hökumətinin bu xalqa qarşı davamlı olaraq amansız təcavüzlərinə və cinayətlərinə, eləcə də Məscidül-Əqsaya təkrar edilmiş hücumuna cavabı idi”

İran Xarici işlər naziri xəbərdarlıq edərək, sionist rejimin cinayətləri davam etdiyi surətdə İslam dünyasının reaksiyası güclü olacağını bildirib

 

Teqlər