S.H.Nəsrullah:
Bütün ssenarilər tam hazırdır
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Livana səfəri zamanı Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.
Amerikanın və bəzi Qərb ölkələrinin sionist rejimin Qəzzəyə qarşı hücumları və günahsız Fələstin xalqını qırğın etməsini birtərəfli surətdə himayə etmələrini pisləyən Livan Hizbullahının baş katibi bildiribdir ki, bu gün müqavimətin durumu yüksəkdir və bütün ssenarilər tam hazırdır.
İran xarici işlər naziri də sionist rejimin hərbi cinayətlərinin dərhal dayandırılması, insanlara qarşı qəddarcasına blokadasının ləğvi, həmçinin Qəzzəyə dərman, qida, yanacaq və içməli suya şamil olan beynəlxalq humanitar yardımların göndərilməsi məqsədilə İran İslam Respublikasının diplomatik fəaliyyət və səyləri, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla məşvərətləri, eləcə də İslam Əməkdaşlığı Təşkilatının xarici işlər nazirlərinin növbədənkənar iclasının təşkilinin təqib olunması ətrafındakı səyləri barədə izahatlar təqdim edib.