Fələstinli şəhidlərimizin sayı 2800-i keçdi
Fələstinin Səhiyyə Nazirliyi sionist rejim ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təcavüzü nəticəsində şəhid və yaralıların sayının artdığını açıqlayıb.
Adı çəkilən nazirlik sionist rejim ordusunun Qəzza zolağına qarşı hücumları zamanı fələstinli şəhidlərin sayının 2800 nəfərə yüksəldiyini açıqlayıb.
Bundan əlavə, sionist düşmənin Qəzza zolağının müxtəlif bölgələrinə edilmiş vəhşi hücumların nəticəsində 9700-dən çox fələstinlinin yaralandığı da bildirilib.
Qeyd edək ki, sionist rejimin təcavüzü başlayandan bəri İordan çayının qərb sahilində də 58 fələstinli şəhid olmuş, 1250 nəfər isə yaralanmışdır.
Xatırladaq ki, ötən gecə Qəzzaya xilasedici qüvvələri 1000-dən çox insanın dağıntılar altında qaldığını açıqlayıb. Onlar bildiriblər ki, Qəzzaya qarşı təcavüzün davam etməsi əsl fəlakətə səbəb olacaq və bizi millətimiz qarşısında vəzifələrimizi yerinə yetirə bilməyəcək.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu isə elan edib ki, Qəzza zolağında 50 mindən çox hamilə qadın səhiyyə sisteminin məhv olması nəticəsində ciddi təhlükə ilə üzləşib.