Qəzzənin blokadası hər keçən gün daha da daralır
Qida ehtiyatları tükənir və böyük aclıq riski var
Qəzzədə sionistlərin vəhşicəsinə hücumları nəticəsində vəziyyət fəlakətlidir, su və ərzaq ehtiyatları tükənib.
Bu barədə Ümumdünya Ərzaq Proqramı (ÜƏP) məlumat verib.
Məlumatda bildirilir ki, qaçqınlar üçün sığınacaqlar həddən artıq doludur və yanacağın tükənməsi elektrik enerjisinin kəsilməsinə və həyati vacib hissələrin sıradan çıxmasına səbəb olub. Həmçinin mağazalarda qalan ehtiyatlar tükənmək üzrədir və yalnız bir neçə günə kifayətdir.
Digər tərəfdən, elektrik enerjisinin kəsilməsi və soyuducuların işləməməsi qalan qidaların xarab olmasına səbəb olur.
Qeyd olunub ki, Ümumdünya Ərzaq Proqramı ilə müqavilə bağlamış 23 çörək sexindən yalnız 4-ü çalışır.
Qeyd edək ki, işğalçı İsrail rejimi 2 milyondan bir qədər çox əhalisi olan Qəzzə zolağına su, elektrik və yanacaq çatdırılmasının qarşısını alıb, bölgədə vəziyyət kritik həddə çatıb