Fələstin müqaviməti bütün variantlara və ssenarilərə hazırdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i406078-fələstin_müqaviməti_bütün_variantlara_və_ssenarilərə_hazırdır
Fələstin İslami Cihad Hərəkatının üzvü müqavimətin bütün variant və ssenarilərə hazır olduğunu açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2023 11:43 Asia/Baku
  • Fələstin müqaviməti bütün variantlara və ssenarilərə hazırdır

Fələstin İslami Cihad Hərəkatının üzvü müqavimətin bütün variant və ssenarilərə hazır olduğunu açıqlayıb.

Davud Şahab ​​deyib: “Fələstin müqaviməti bütün variant və ssenarilərə hazırdır”.

Əl-Cəzirə telekanalı ilə müsahibədə Şahab ​​vurğulayıb ki, İsrail müqavimətdən ala bilmədiyi şeyi danışıqlar yolu ilə, bombardman və təcavüzlə heç vaxt ala bilməz.

Hərəkat üzvü xunta rejiminin Qəzzə zolağında təhlükəsiz zonalar barədə iddiasının yalan olduğuna da diqqət çəkib.

O əlavə edib ki, İsrailin fələstinliləri zorla evakuasiya etmək səyləri yeni torpaqların ilhaqı və genişləndirilməsi planının bir hissəsidir.

Şahab sonra Netanyahunun bufer zona yaratmaq səyinin onun şəxsi maraqları və hakimiyyətdə qalması ilə əlaqədə olduğunu qeyd edib.