Dek 04, 2023 19:27 Asia/Baku
  • Qəzzəyə hücumlarda şəhid olan və yaralananların sayı artıb

Qəzzə səhiyyə nazirliyinin sözçüsü sionist rejimin Qəzzəyə qarşı hücumlarında şəhid olanlar və yaralananların sayının artdığını bildirib.

Əşrəf Əl-Qüdrə deyib: Əl-Əqsa Tufanı əməliyyatının başlandığı zamandan bəri fələstinli şəhidlərin sayı on beş min 899 nəfərə çatıb, yaralıların sayı isə qırx iki minə qalxıbdır.

Qəzzə səhiyyə nazirliyinin sözçüsü əlavə edib: Sionist işğalçılar əlli altı müalicə mərkəzini tam şəkildə dağıdıb, otuz beş tibb işçisini də həbs ediblər.

Əl-Qüdrə söyləyib: Sionist rejim hücumlarının qurbanlarından yetmiş faizini uşaq və qadınlar təşkil edirlər.

Bu fələstinli rəsmi/ xəstəxanalar və tibb işçilərinin sionist rejimin hücumlarından amanda qalmaları, yaralıların çıxışları, eləcə də yanacaq və səhiyyə yardımlarının girişi üçün təhlükəsiz keçidin yaradılmasını istəyibdir.

Əl-Qüdrə BMT-dən və Ümumdünya Səhiyyə Təşkilatından da tibb işçilərinin sionist işğalçıların məhbəslərindən azad edilmələri məqsədilə bir tədbir görmələrini istəyib.

Qəzzə səhiyyə nazirliyinin sözçüsü rabitə sisteminin kəsilməsi üzündən, Qəzzə zolağının şimalında və Qəzzə şəhərində əlaqə xidmətlərinin tam şəkildə kəsildiyini bildirib.

 

Teqlər