Yan 08, 2024 12:43 Asia/Baku
  • Hayfa limanı İraq İslam Müqaviməti tərəfindən hədəfə alınıb

İşğal olunmuş Fələstinin şimalında yerləşən Hayfa limanı dünən gecə İraq İslam Müqavimətinin raket hücumu hədəfinə çevrilib.

İraq İslam Müqaviməti bu hücumun məsuliyyətini üzərinə götürüb.

Belə bir halda, sionist rejim mənbələri də Hayfa sahilinin ətrafına bir raketin atılmasından xəbər veriblər.

İnformasiya qaynaqları dünən axşam İraq İslam Müqavimətinin/ amerikalı hərbçilərin İraq və Suriyadakı iki qanunsuz bazasına, həmçinin sionist rejimin qəsb edilmiş Cövlan-da yerləşən bir bazasına qarşı PUA hücumlarından xəbər vermişdilər.

İraq İslam Müqaviməti sionist rejimin məzlum Fələstin xalqına, xüsusən Qəzzə əhalisinə qarşı vəhşicəsinə hücumları və cinayətlərindən, həmçinin Vaşinqtonun bu hücumlara dəstək verməsindən sonra Amerikaya xəbərdarlıq etmişdi ki, həmin ölkənin regiondakı bazalarını hədəfə alacaq.