Yan 08, 2024 13:04 Asia/Baku
  • ABŞ ümumi fikri sionist rejimin Qəzzədə törətdiyi qırğından yayındırmağa çalışır

Yəmən Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam deyibdir ki: Amerikanın Qırmızı dəniz barəsində mənfi atmosfer yaratması, ümumi fikri sionist rejimin Qəzzədə törətdiyi qırğından yayındırmağa göstərdiyi səy istiqamətindədir.

Məhəmməd Əbdüssalam söyləyib: Amerikalı məsul şəxslərin dünyanın maraqları üçün bir təhdid kimi göstərməyə çalışdıqları Qırmızı dənizdə baş verən hadisələr barədəki sözləri bu ölkənin diqqətləri İsrail rejiminin Qəzzədə törətdiyi qırğınlardan yayındırmağa göstərdiyi bir səydir.

Amerikanın İsrail rejiminə dəstəyin davam etməsinə israr etməsi regionda partlayışla nəticələnə bilər- deyən  Əbdüssalam vurğulayıb: Amerika bilməlidir ki, Qırmızı dənizi hərbiləşdirmək Yəmənin Qəzzədəki Fələstin müqavimətini himayə etməsinə mane olmayacaq.

Amerika ordusunun Qərbi Asiyadakı mərkəzi komandanlığı- USSENTKOM(USCENTCOM) son zamanlar müxtəlif bəyanatlarda bildirmişdi ki, Qırmızı dənizdə yəmənli qüvvələrlə toqquşub və on yəmənli hərbçini şəhid edibdir.

Yəmən silahlı qüvvələrinin sözçüsü- briqada generalı Yəhya Əlsərii USSENTKOM-un bəyanatından sonra vurğulamışdı ki, Amerika Yəmən dəniz qüvvələrini şəhid etməyin məsuliyyətini qəbul etməlidir və onun hərəkətləri/ yəmənli qüvvələrin Fələstin qarşısındakı dini və əxlaqi vəzifələrini yerinə yetirmələrinə mane olmayacaq.

Yəmən ordusu Fələstin xalqına dəstək istiqamətində bundan öncə müxtəlif bəyanatlarda bildirmişdi ki, İsrail rejiminin heç bir gəmisinə/ və məqsədləri/ işğal olunmuş Fələstin əraziləri olan gəmilərə Babülməndəb boğazından və Qırmızı dənizdən keçmək icazəsi verməyəcək.