ABŞ və İngiltərə yenidən Yəmənə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i407519-abŞ_və_İngiltərə_yenidən_yəmənə_hücum_ediblər
Yəmənin media mənbələri Amerika və İngiltərənin həmin ölkənin Əlhudəydə əyalətindəki mövqelərinə qarşı yeni hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2024 13:38 Asia/Baku
  • ABŞ və İngiltərə yenidən Yəmənə hücum ediblər

Yəmənin media mənbələri Amerika və İngiltərənin həmin ölkənin Əlhudəydə əyalətindəki mövqelərinə qarşı yeni hücumundan xəbər veriblər.

Səba informasiya agentliyi bu barədə bildiribdir ki: Amerikan-ingilis qüvvələr Yəmənin qərbində yerləşən Əlhudəydə sahil əyalətinin Əlləhiyyə bölgəsinin “Cəbəl Cəd” məhəlləsini hədəfə alıblar.

Əlməyadin telekanalı da Amerikanın hərbi və casusluq təyyarələrinin Əlhudəydə əyalətinin üzərində geniş şəkildə uçmalarından xəbər verib.

Amerika və İngiltərə BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsindən sonra cümə günü səhər tezdən Yəmən Ənsarullah hərəkatının mövqelərinə qarşı hücuma başladılar.

İnformasiya mənbələri cümə günü səhər saatlarında xəbər verdilər ki, Yəmən milli ordusu Amerika və İngiltərənin bu ölkəyə qarşı hava təcavüzlərinə cavab olaraq Qırmızı dənizdə Birləşmiş Ştatlara aid olan bir obeykti hədəfə alıbdır.

Yəmən ordusu Qəzzə zolağında yerləşən Fələstin müqavimətinə dəstək istiqamətində ötən həftələrdə Qırmızı dənizdə, həmçinin Hind Okeanı və Babülməndəb boğazında sionist rejimin bir neçə gəmisini və ya işğal olunmuş ərazilərə doğru üzrən və bu rejim üçün yük daşıyan gəmiləri hədəfə alıbdır