Güc və qüdrət, sionistlərin törətdikləri qırğına cavabdır
Əlqəssam batalyonunun sözçüsü işğalçı düşmən ordusunun təcavüzü qarşısındakı müqavimətin yüzüncü günü münasibətilə deyib: Yüz gün ərzində düşmənin mindən çox hərbi maşınını məhv etmiş və yüzlərlə uğurlu hərbi əməliyyat keçirmişik.
Həmas hərəkatının hərbi qolu olan İzzəddin Əlqəssam batalyonunun hərbi sözçüsü sonra söyləyib: Müqavimətin düşmənin təcavüzü ilə mübarizədə istifadə etdiyi bütün silahlar İzzəddin Əlqəssam batalyonu mütəxəssislərinin düzəltdikləri silahlardır.
Məqsədi, xalqımızın məhv edilməsi olan qırğına cavabda gücün işlədilməsindən başqa bir yolumuz yoxdur- deyə, Əlqəssam batalyonunun sözçüsü bildirib.
Əbu-Ubəydə Fələstin xalqına qarşı təcavüzün dayandırılmasından başqa hər bir çətinliyi dəyərsiz adlandırıb və əlavə edib: Düşmən əsirlərindən bir çoxunun taleyi naməlumdur və onların xeyli hissəsi öldürülübdür ki, bu hadisələrin məsuliyyəti düşmənin üzərinə düşür.
Əlqəssam batalyonunun sözçüsü sonra belə söyləyib: Fələstindən kənarda olan müqavimət qrupları bizə mesajlar göndəriblər ki, Qəzzəyə təcavüzün davam edəcəyi təqdirdə, qarşıdakı günlərdə öz əməliyyatlarını genişləndirəcəklər.
Əbu-Ubəydə deyib: Livan, Yəmən və İraq müqavimətlərinə salam göndərir və onların şəhidlərinə hörmət ifadə edirəm.