Yəmən ordusu ABŞ gəmisinə qarşı raket hücumu həyata keçirib
İngiltərə dəniz ticarəti təşkilatı bildiribdir ki, Yəmənin Ədən limanının cənub-şərqindən yüz on beş millik məsafədə daha bir dəniz hadisəsinin baş verməsi haqda məlumat əldə edib.
Yəmən ordusu təcavüzkarlara qarşı əməliyyatlarının davamında Amerikanın daha bir gəmisini hədəfə alıb.
Bu, ötən sutkdan az bir zamanda Ədən körfəzi yaxınlığında Amerika gəmilərinə edilən ikinci hücumdur.
Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Əlsərii bu gün bir bəyanatda bildiribdir ki, bu ölkənin ordu qüvvələri Ədən Körfəzində «Çem Rencer» tipli amerikan gəmini raketlə hədəfə alıblar.
Amerika gəmisinə qarşı raket hücumu uğurla həyata keçirilib- deyən Yəhya Əlsərii təkid edibdir ki, Amerika və İngiltərənin hücumlarına cavab qətidir və hər bir yeni hücum, cavabsız və cəzasız qalmayacaqdır.
Yəmən silahlı qüvvələrinin sözçüsü söyləyib: Yəmən silahlı qüvvələri sionist rejimin təcavüzlərinin bitəcəyi və Qəzzə zolağının mühasirəsinin aradan qaldırılacağı zamanadək bu rejimin və işğal olunmuş Fələstin limanlarına üzən gəmilərin hərəkətlərinin qadağan olunmasının davam etdirilməsinə təkid edir.
Briqada generalı Yəhya Əlsərii həmçinin deyib: Qırmızı dənizdə nəqliyyat İsrail rejimi gəmiləri istisna olmaqla bütün gəmilərin üzünə açıqdır.
Adı gizli saxlanılan bir amerikalı rəsmi də bu gün səhər saatlarında Yəmən silahlı qüvvələrinin Ədən körfəzi sularında bu ölkənin gəmisinə qarşı hücumunu təsdiq edib.
Amerikan rəsminin sözlərinə görə, kimyəvi maddələr daşıyan «Çem Rencer» tipli amerikan gəmisinə iki raket atılsa da, heç bir maliyyə və insan xəsarəti baş verməyibdir.
İngiltərə dəniz ticarəti əməliyyatı idarəsi isə bildiribdir ki, Ədən körfəzinin cənub-şərqindən yüz on beş millik məsafədə, Əlmukəlla sahillərinin yaxınlığında daha bir dəniz hadisəsinin baş verməsi haqda məlumat əldə edib.
Yəmən ordusu ötən həftələrdə Fələstin xalqının Qəzzə zolağındakı müqavimətinə dəstək istiqamətində Qırmızı dənizdə, Hind Okeanında və Babülməndəb boğazında sionist rejimin bir neçə gəmisini və ya bu rejim üçün ticarət malı daşıyan və işğal olunmuş Fələstin ərazilərinə tərəf üzən gəmiləri hədəfə alıb.
Yəmənin ordu qüvvələri üzərinə öhdəlik götürübdür ki, sionist rejimin Qəzzə zolağına qarşı hücumları/ və bu zolağın əhalisi əleyhinə qırğınlarını dayandırmayacağı zamanadək Qırmızı dənizdə bu rejimin gəmilərinə və ya işğal olunmuş Fələstin ərazilərinə tərəf üzən gəmilərə qarşı hücumlarını davam etdirəcək.