Dəməşq: “Beynəlxalq ictimaiyyət İsrailə qarşı təcili tədbir görsün”
Suriya Xarici İşlər Nazirliyi işğalçı İsrail rejiminin Dəməşq məhəllələrindən birinə namərdcəsinə təcavüzünü və eləcə də bu rejimin Fələstinin işğal altında olan ərazilərində törətdiyi soyqırımın onun cinayətkar mahiyyətini bir daha üzə yansıtdığını deyərək beynəlxalq ictimaiyyəti törədilmiş bu cinayətlərin dərhal dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.
Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“İrqçi İsrail rejimi 20 yanvar 2024-cü il, şənbə günü vəhşicəsinə başlatdığı hücumda Dəməşqin mülki məhəlləsi hədəfə almışdır. Bu hücumun nəticəsində yaşayış binası tamamilə dağıdılmış, yaxınlıqdakı binalara ciddi xəsarət dəymiş, bir sıra mülki şəxslərin həlak olmasına və yaralanmasına səbəb olmuşdur”
Nazirliyin bəyanatında daha sonra əlavə edib:
“Suriya beynəlxalq ictimaiyyətdən istəyir ki, sionist rejimin günahsız mülki şəxslərə və onların əmlakına qarşı törətdiyi bu cinayətlərin və eyni zamanda rejimin regional və beynəlxalq sülh və təhlükəsizliyi pozaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsipləri və bu təşkilatın məqsədlərinə zidd addımlarının dərhal dayandırılması üçün tədbir görsün.
Suriya bütün dünya ölkələrindən İsrailin ərəb məntəqəsində törətdiyi soyqırım siyasətinə qarşı durmağa və həmçinin Təhlükəsizlik Şurasından beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında öz öhdəliklərinə sadiq qalmasını və sionist rejimin siyasi və hərbi cinayətkarlarını məsuliyyətə cəlb edilməsini və onların qeyri-insani və əxlaqsız siyasətlərinə son verilməsini istəyir.