Yan 21, 2024 14:37 Asia/Baku
  • İraq müqavimət cəbhəsi Amerika bazasına 40-dan çox raketlə zərbə endirib

İraq müqavimət hərakatı Ənbar vilyaətində yerləşən ABŞ-ın Eynül-Əsəd hərbi bazasını 40 raketlə hədəfə alıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Eynül-Əsəd hərbi bazasına raket hücumunu təsdiqləyən bəyanatında bildirilir ki, İraq müqavimətinin ölkənin qərbində yerləşən Eynül-Əsəd hərbi bazasına raket hücumundan sonra bir çox Amerika əsgəri beyin travması diaqnozu ilə nəzarətə götürülüb.

Amerikalı rəsmilərin dediyinə görə Eynül-Əsədin vurulmasında bir neçə ballistik raketdən (TBM) istifadə edilib.

İraq İslam Müqaviməti də bu xüsusda bəyanat yayaraq Amerikanın Eynül-Əsəd hərbi bazasına raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, İraq Müqavimət cəbhəsi daha öncə sionist rejimin məzlum Fələstin xalqına, xüsusilə Qəzzə zolağında törətdiyi vəhşilikləri və Vaşinqtonun buna dəstəyindən sonra  Amerikaya  bölgədəki bazalarının hədəf alınacağı ilə bağlı xəbərdarlıq edib.

 

 

Teqlər