Sionist əsirlərin ailələri Netanyahuya qarşı aksiya keçiriblər
Sionist əsirlərin ailələri dünən gecə sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal olunmuş Qüdsün Qəzzə küçəsində yerləşən iqamətgahı qarşısında aksiya keçiriblər.
Bəzi ailələr bu məkanda çadır qurmaqla piket keçirmək qərarına gəliblər. Buna görə, sionist rejim polisi Qəzzə küçəsini bağlayıbdır.
Etirazçılar Qəzzədəki sionist əsirlərin sərbəst buraxılmaları məqsədilə Həmas-la əsirlər mübadiləsi razılaşmasının dərhal imzalanmasını tələb ediblər.
Bundan qabaq da müqavimətin hücumları nəticəsində bu bölgədən qaçmış Qəzzə yaxınlığında yerləşən sionistsakinli qəsəbələrin sakinlərindən yüzlərlə nəfər işğal olunmuş Qüdsdə aksiya keçirmişdi.
Sionist qəsəbə sakinləri qəsbkar rejimin baş naziri Benyamin Netanyahu xüsusiyyət təşkil etməklə bu rejim hökumətinə qarşı şüarlar veriblər.
Etirazçılar həmçinin hökumətin onların durumuna məhəl qoymamasını pisləyiblər.
Müharibənin davam etməsinə qarşı çıxan sionist qəsəbə sakinləri övladlarının tez bir zamanda Qəzzədən geri qaytarılmaları və Netanyahunun istefa verməsini tələb edirlər.