Fev 04, 2024 13:06 Asia/Baku
  • Əs-Sudani xalq qüvvələrinin qəhrəmanlığını alqışladı

ABŞ-ın İraqın sərhəd bölgələrində silahlı qüvvələrin qərargahına və Həşdi əş-Şəbiyə vəhşicəsinə hava zərbələri endirməsinin ardınca bu ölkənin baş naziri hərəkatın bir sıra üzvləri ilə görüşüb.

Təsnim xəbər agentliyinin məlumatına görə, Məhəmməd Şia əs-Sudani, Həşdi Şəbi döyüşçüləri ilə görüşdə İraq sərhədlərində hava hücumu nəticəsində şəhid olanların ruhuna Fatihə oxuduqdan sonra xalq səfərbər qüvvələrinin şərəfli mövqelərinə hörmətlə yanaşdığını ifadə edib.

Əl-Sudani hökumətin təhlükəsizlik orqanlarına və Həşd əş-Şəbiyə dəstəyini vurğulayaraq deyib ki, bu qüvvələr daim ayıq-sayıq və hazırlıqlı olmalıdırlar. Çünki terrorçular daxili və xarici siyasi vəziyyətdən sui-istifadə edərək terror fəaliyyətini davam etdirməyə çalışırlar. Belə bir vəziyyətdə onlara qarşı qətiyyətlə mübarizə aparmaq vacibdir.

Sonda Əl-Sudani əlavə edib: “Bizim məsuliyyətimiz İŞİD qalıqlarının çiçəklənməsinə imkan verməməkdir”.

Xatırladaq ki, Həşd əş-Əşəbi İraq silahlı qüvvələrinin bir hissəsi sayılır. Bu arada ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili İraq XİN-ə çağırılıb, İraqın qərbində 16 nəfərin ölümü ilə nəticələnən hava zərbələri ilə əlaqədar ona etiraz notası təqdim edilib.

Həmçinin vurğulanıb ki, İraq ərazisi müharibə edən ölkələr arasında hesablaşma meydanı kimi istifadə edilməməlidir.