Hizbullah son 120 gündə qazandığı uğurlar barədə məlumat yaydı
Statistika: İsrail ordusu şimal cəbhəsində ağır itki verib
Livanın İslami Müqaviməti son 120 gündə işğal altındakı Fələstinin şimal cəbhəsində sionistlərə verdiyi itkiləri barədə statistik məlumat yayıb.
Bildirilir ki, bu müddət ərzində Hizbullah tərəfindən 961 əməliyyat həyata keçirilib və əməliyyatların sayı gündə orta hesabla 8 əməliyyat olub.
İşğal olunmuş Fələstinlə sərhəd məntəqələrinə gəlincə, Livan müqaviməti bu müddət ərzində 72 dəfə 22 sionist yaşayış məntəqəsini hədəfə alıb. Sionist ordusunun 45 sərhəd bazası 670 dəfə vurulub. Həmçinin, 53 sərhəd mövqeyi 122 dəfə, işğal olunmuş Fələstinin dərinliklərindəki 19 mövqe isə 61 dəfə hədəfə alınıb.
Digər tərəfdən, Hizbullahın əməliyyatları zamanı sionistlər 45 kilometr məsafəyə qədər 43 yaşayış məntəqəsini boşaltmağa məcbur olublar.
İşğalçı ordunun Hizbullahla müharibədə verdiyi itkilərə gəlincə, qeyd olunur ki, 500-dən çox birlik, 178 qərargah və mövqe, həmçinin 26 komanda mərkəzi hədəfə alınaraq məhv edilib.
Bundan əlavə son 120 gündə 14 artilleriya qurğusu, 5 pilotsuz təyyarə, 2 Dəmir Qübbə sistemi, 316 hərbi toplanma mərkəzi, 237 texniki avadanlıq, 25 sərhəd divarı və 2 hərbi zavodu, 25 tank və 4 logistik maşını Hizbullah döyüşçüləri tərəfindən hədəfə olınıb.
İnsan tələfatına gəlincə, müqavimətin əməliyyatlarında 2000-dən çox sionistin öldürüldüyü və ya yaralandığı qeyd olunub.