Fev 06, 2024 13:13 Asia/Baku
  • ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi təcavüzləri davam edir

ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi təcavüzlərinin davamında informasiya qaynaqları bu gün səhər saatlarında Yəmənin şimalında yerləşən Səədə əyalətinin hədəfə alınmasından xəbər veriblər.

Amerika və İngiltərə üç dəfə Səədə şəhərinin şərqini bombalayıblar. Bu hücum haqda artıq detallar verilməyibdir.

Belə bir halda, Amerika və İngiltərə dünən Yəmənin Əlhudəydə əyalətindəki bəzi rayonları bomabrdman etmişdilər.

Yəmənin müxtəlif bölgələri ötən günlər ərzində Amerika və İngiltərənin təcavüzkarcasına hücumlarına məruz qalıblar.