Yəmən təcavüzkar ölkələrə qarşı dirəniş göstərir
ABŞ və İngiltərə düşmən elan edildi
Yəmən Ali Şurası 4 maddəlik fərmanla Amerika və İngiltərəni düşmən elan edib.
Yəmən Ali Siyasi Şurasının sədri Məhdi Əl-Məşat tərəfindən imzalanan fərmanda bildirilir ki, Amerika və İngiltərə ilə qarşılıqlı əlaqə qarşıdurma prinsipinə əsaslanacaq.
Fərmanda qeyd olunur ki, İnsan Əməliyyatlarının Koordinasiya Mərkəzi bu təsnifatın həyata keçirilməsi üçün tədbirlərin görülməsinə cavabdeh olacaq. Həmçinin, aidiyyatı qurumların koordinasiyası ilə adı çəkilən iki ölkənin Yəmən daxilində fəaliyyətləri ilə qarşılaşmaq üçün müvafiq təhlükəsizlik qurumları cavabdeh olacaq.
Qeyd edək ki, Yəmən ordusu İsrailə gedən gəmiləri Qırmızı Dənizdə və Bab əl-Məndəb boğazında hədəfə alaraq işğalçı rejimi küncə sıxışdırıb. ABŞ və İngiltərə isə bunun əvəzində Yəməni bombardman edirlər.