Sionist rejimin 4 bazası hədəfə alındı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i408697-sionist_rejimin_4_bazası_hədəfə_alındı
Livan Hizbullah Hərəkatı sionist rejim ordusunun dörd bazasını və bir sionist qəsəbəsini hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2024 10:44 Asia/Baku
  •  Sionist rejimin 4 bazası hədəfə alındı

Livan Hizbullah Hərəkatı sionist rejim ordusunun dörd bazasını və bir sionist qəsəbəsini hədəfə alıb.

Livan Hizbullahı bu barədə bəyanat yayaraq, işğal altındakı Şəba bölgəsində Zabdin bazasını uyğun silahlarla birbaşa və dəqiq hədəfə aldığını açıqlayaraq bildirib ki, sionist rejimin Livanın cənubundakı kənd və şəhərlərə qarşı təcavüzünə cavab olaraq, Əl-Mərc bazasında düşmən əsgərlərinin toplaşdığı yerləri, eləcə də Ruysat Ələm bazasını raketlərlə birbaşa hədəfə alıb.

Livan İslami Müqaviməti digər bir bəyanatda Zariyət qərargahını da uyğun silahlarla hədəf aldığını xəbər verib.