Qəzzə şəhidlərinin sayı 29606 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i408724-qəzzə_şəhidlərinin_sayı_29606_nəfərə_çatıb
Qəzzədə yerləşən Fələstin səhiyyə nazirliyi bildiribdir ki, sionist rejimin oktyabrın yeddisində başlanan hərbi hücumları zamanından bəri Qəzzə zolağında şəhid olanların sayı iyirmi doqquz min altı yüz altı nəfərə çatıb. Bu arada, altmış doqquz min yeddi yüz otuz yeddi fələstinli də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2024 11:32 Asia/Baku
  • Qəzzə şəhidlərinin sayı 29606 nəfərə çatıb

Qəzzədə yerləşən Fələstin səhiyyə nazirliyi bildiribdir ki, sionist rejimin oktyabrın yeddisində başlanan hərbi hücumları zamanından bəri Qəzzə zolağında şəhid olanların sayı iyirmi doqquz min altı yüz altı nəfərə çatıb. Bu arada, altmış doqquz min yeddi yüz otuz yeddi fələstinli də yaralanıbdır.

Fələstin səhiyyə nazirliyi qeyd edibdir ki, işğalçı rejim ordusu ötən sutka ərzində Qəzzə zolağında fələstinli ailələrə qarşı səkkiz yeni cinayət və qırğın törədib. Bu da doxsan iki fələstinlinin şəhadəti, yüz iyirmi üç fələstinlinin də yaralanması ilə nəticələnib. Şəhidlərin və yaralıların əksər hissəsini uşaqalar və qadınlar təşkil edirlər.

Fələstin səhiyyə nazirliyi bildiribdir ki, fələstinli qurbanların bir qrupu hələ də uçqunlar altında və ya yollarda qalıb və sionist hərbçilər yardım və xilasetmə qüvvələrinə onlara əlçatanlıq icazəsi vermirlər.