Mart 02, 2024 14:51 Asia/Baku
  • Dünyanın müxtəlif yerlərində anti-sionist mitinqləri davam edir

Yəmən, İordaniya, Livan və Bəhreyndə xalq sionist rejimin Qəzzə əhalisinə qarşı törətdiyi cinayətləri nifrətlə qarşılayaraq kütləvi mitinqlərə start vüeriblər.

Yəmənin Səədə vilayətinin bir neçə şəhər meydanlarında toplaşan minlərcə insan Qəzzədə məzlum fələstinlilərinə dəstək olaraq “Siz tək deyilsiniz, biz Qəzzə ilə birgə möhkəm dayanmışıq” şüarı ilə öz həmrəyliyini vurğulamışlar.

Geniş aksiyalarda iştirak edən yüz minlərlə Yəmən vətəndaşı Fələstin və Yəmən bayraqlarını dalğalandıraraq məzlum Qəzzə xalqı ilə həmrəylikləri ilə yanaşı bütün müsəlmanların və dünya azadlıqsevərlərinin məzlum Qəzzə xalqına dəstəyini tələb etmiş və sionist rejimin cinayətlərini nifrətlə pisləmişlər.

Qəzzənin məzlum və başı uca xalqına dəstək verən İordaniya xalqı da bu ölkənin paytaxtı Əmmanda qatil İsrail rejimin cinayətlərini nifrətlə pisləmək üçün kütləvi aksiyalar keçiriblər.

Anti-sionist aksiyalarda insanlar Qəzzə xalqının qəsdən və öncədən planlaşıdırlmış şəkildə aclıqdan öldürülməsini cinayət olduğunu və bəzi ərəb rejimləri tərəfindən Qırmızı dənizdəki yanamış dəniz blokadasının İsrail rejiminin ehtiyaclarını təmin etmək üçün quru yolunun tikməsini xəyanət olduğunu bildirmişlər.

Kütləvi etirazlara qoşulan Bəhreyn xalqı da Əd-Dəraz məntəqəsində cümə namazından sonra nümayiş keçirərək, sionist rejimin vəhşi cinayətlərini və rejimin Qəzzədə törətdiyi soyqırımını nifrətlə pisləmişlər.

Livanın Seyda şəhərində də əhali cümə namazından sonra Fələstin xalqı ilə həmrəylik üçün kütləvi aksiyalar keçirmişlər.

Bu bölgənin cümə imamı Şeyx Əl-Eylani sionist rejimin Qəzzə xalqına qarşı cinayətlərini kəskin şəkildə pisləmiş, Amerika və sionist rejimin bu cinayət və qətllərə görə tam məsuliyyət daşıdığını vurğulamışdır.

Qeyd edək ki, sionist rejimin Qəzzə əhalisinə qarşı soyqırımından təxminən 5 aya yaxın vaxt keçir. Bu rejim cümə axşamı yeni vəhşiliyinə əl ataraq Nablus meydanında gözləyən Qəzzə, Cəbəliyyə və Beyt Hanun şəhərlərindən köçüb gəlmiş didərgin qalan və "Harun ər-Rəşid" sahil yolundan humanitar yardım maşınların gəlməsini gözləyən minlərlə fələstinli qaçqını bombalayıb. Bu bombardman nəticəsində Şeyx Əclin məntəqəsində 104 nəfər şəhid olmuş, 760 nəfər isə yaralanmışdır.