Sionist rejimin bir gəmisi və bir neçə amerikan hərbi gəmi hədəfə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i409049-sionist_rejimin_bir_gəmisi_və_bir_neçə_amerikan_hərbi_gəmi_hədəfə_alınıb
Yəmən silahlı qüvvələrinin sözçüsü bildiribdir ki, bu ölkə ordusunun dəniz qüvvələri Ərəb dənizində sionist rejimin «MSC SKY» gəmisini hədəfə alıblar.
(last modified 2024-03-05T07:19:25+00:00 )
Mart 05, 2024 11:17 Asia/Baku
  • Sionist rejimin bir gəmisi və bir neçə amerikan hərbi gəmi hədəfə alınıb

Yəmən silahlı qüvvələrinin sözçüsü bildiribdir ki, bu ölkə ordusunun dəniz qüvvələri Ərəb dənizində sionist rejimin «MSC SKY» gəmisini hədəfə alıblar.

Yəhya Əlsərii vurğulayıb: Bu əməliyyat münasib dəniz torpedalarından istifadə ilə həyata keçirilib və Allah-Taalanın lütfkarlığı ilə torpedalar dəqiq və birbaşa şəkildə hədəfə dəyiblər.

O, əlavə edib: Bu gəminin hədəfə alınması/ bir neçə pilotsuzdan və ballistik raketlərdən istifadə olunmaqla Qırmızı dənizdə bir neçə amerikan hərbi gəmisinə hücum üzrə özünəməxsus əməliyyatın yerinə yetirilməsindən sonra həyata keçirilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Biz Qəzzəyə qarşı müharibə və onun blokadası bitəcək zamanadək İsrail rejimi gəmilərinin və ya işğal olunmuş Fələstindəki limanlara gedən gəmilərin hərəkətlərinə mane olmağın davam etdirilməsinə təkid edirik.

O, əlavə edib: Qəzzəyə qarşı müharibə və onun blokadası bitəcək zamanadək bizim Qırmızı dəniz, Ərəb dənizi, Ədən körfəzi və Babulməndəb boğazındakı əməliyyatlarımız davam edəcək və artacaqdır.