Mart 11, 2024 16:45 Asia/Baku
  • İşğal olunmuş ərazilərin baş ravvini sionistləri şoka saldı

İshaq Yusif: İsraili tərk edəcəyik! - AKTUAL

Sionistlər dəstə-dəstə Fələstin torpaqlarından qaçırlar. Yəhudi ravvin şok açıqlama verdi.

İşğal olunmuş ərazilərin baş ravvini İshaq Yusif təhdid edərək bildirib: “Əgər bizi İsrail ordusuna qoşulmağa məcbur etsələr, hamımız İsraili tərk edəcəyik”.

Sionist rejimin mediası Yusifə istinadən məlumat yayıb ki, bu yəhudi ravvin deyib: “Lavi qəbiləsi orduya qoşulmaqdan azaddır və heç bir halda bu baş tutmamalıdır. Orduya qoşulmağa məcbur olsalar, hamısı bu torpağı tərk edəcəklər”.

Sionist rejimin 12-ci kanalı bundan əvvəl oktyabrın 7-də HƏMAS-ın hücumunun başlamasından bu yana 30 min insanın İsraili tərk etdiyini bildirmişdi.

Bəzi məlumatlara görə isə, Əl-Əqsa Tufanı əməliyyatı yüz minlərlə sionistin işğal olunmuş ərazilərdən qaçıb öz ilkin ölkələrinə qayıtmalarına səbəb olub.

“Time of Israel” saytı bu barədə bildirir ki, oktyabrın 7-dən noyabrın əvvəlinə qədər 370 minə yaxın sionist işğal olunmuş əraziləri tərk edib.

Bu arada statistikalar göstərir ki, sentyabrdan oktyabrın birinci həftəsinə qədər bir milyona yaxın insan işğal olunmuş əraziləri tərk edib, onların bir çoxu Fələstin xalqından qəsb olunmuş ərazilərə geri qayıtmaqdan imtina edib.

 

Teqlər