ABŞ ilə sionist rejimin yeni fitnəsi haqda xəbərdarlıq edilib
Əlbərğusi Qəzzə zolağında lövbər duracağının inşası üzrə amerikan plan barədə xəbərdarlıq edib
Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Amerika ilə sionist rejimin Qəzzə zolağında lövbər duracağının inşası üzrə yeni fitnəsi barədə xəbərdarlıq edib.
Mustafa Əlbərğusi Əlcəzirə telekanalı ilə müsahibədə Qəzzə zolağına yardımın çatdırılması haqda belə deyib: Həll yolu odur ki, yollar yenidən açılsın. Əgər Amerika istəyərsə, bir sutka ərzində İsrail rejimini quru yollarının açılmasına və yardımların çatdırılmasına məcbur edə bilər. Amma onun yerinə, söhbət bir limandan gedir ki, onun tikintisi bir neçə ay sürə bilər və ən yaxşı şəraitdə, azı iki ay sürəcək və bu iki ayda nələr baş verəcək?
Əlbərğusi əlavə edib: Hal-hazırda Qəzzə zolağında yeddi yüz min nəfər qıtlıq səbəbindən ölmək təhlükəsilə üzləşir.
İki min iyirmi üçüncü il oktyabrın yeddisindən bəri, sionist rejim ordusunun Qəzzə zolağına qarşı hücumlarında otuz bir min nəfərdən çox fələstinli şəhid olub, yetmiş üç min nəfərdən çox fələstinli də yaralanıbdır.