Xan Yunisdə iki xəstəxana mühasirəyə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i409683-xan_yunisdə_iki_xəstəxana_mühasirəyə_alınıb
Sionist rejim ordusu Qəzzənin Xan Yunis bölgəsində iki xəstəxananı mühasirəyə alıb.
(last modified 2024-03-25T10:40:15+00:00 )
Mart 25, 2024 14:39 Asia/Baku
  • Xan Yunisdə iki xəstəxana mühasirəyə alınıb

Sionist rejim ordusu Qəzzənin Xan Yunis bölgəsində iki xəstəxananı mühasirəyə alıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti sionist rejim ordusunun Qəzzənin cənubunda yerləşən Xan Yunis şəhərində iki xəstəxananı mühasirəyə aldığını bildirib.

Qızıl Aypara Cəmiyyətinin bildirdiyinə görə, sionist rejimin hərbi texnikaları Əl-Əməl xəstəxanası və Nasir xəstəxanasına yaxınlaşıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sionist rejim qüvvələri Şəfa xəstəxanasına yeni hücuma başlayıb və dəhşətli qətllər törədib.

Şahidlər Şəfa xəstəxanasında səhra edamları, qaçqınların həbsi və köçürülməsi və fələstinlilərə qarşı digər qeyri-insani hərəkətlər barədə məlumat verirlər.