İmam Əli(ə) hərəminin çıraqları qan rənginə boyanıblar
İmam Əli əleyhissəlamın şəhadətinin ildönümü günü ərəfəsində Nəcəfi-Əşrəfdəki hərəmin eyvanı üzərinə matəm bayrağı vurulub və hərəmin çıraqları qan rənginə boyanıblar.
Az öncə matəm mərasimi təşkil edən Ələvi hərəminin xüddamları Nəcəfi-Əşrəfdəki hərəmin eyvanı üzərinə matəm bayrağı vurublar ki, nəinki eyvandakı «فزت و رب الکعبه» kitabəsində, həm də bu müqəddəs məkan üzərində özünü göstərmiş olsun.
Bu məqsədlə, Ələvi hərəminin xüddamları müntəzəm sıralarda durduqdan sonra «Heydər, Heydər!» nidası veriblər. Ondan sonra xüddamların bir qrupu eyvan üzərinə çıxaraq, bir mərasimlə hərəmin bayrağını dəyişib və matəm rənginə gətiriblər.
Hər il ramazan ayının on yeddisində İmam Əli əleyhissəlamın zərbətlənməsi və şəhadətinin ildönümü günü ərəfəsində matəm bayraqları vurulur və hərəm Qədr gecələri zəvvarlarını qarşılamağa hazır olur.
Bu il Ələvi hərəminin işıqları da hərəm bayrağının dəyişdirilməsilə bir zamanda yaşıl rəngdən qırmızı boyaya dəyişib. Belə ki, bayrağın vurulmasından sonra bir an çıraqlar söndürülüb və Əmirəlmöminin hərəminin səhni və şəbüstanlarının bütün çıraqları qırmızı olublar. Belə bir halda, ramazan ayının on doqquzuncu günü, İmam Əli əleyhissəlamın zərbətlənməsinin ildönümü günü ilə bir zamanda, işıqlar sübh azanı verilən an qırmızı rəngə boyanacaqlar.