Apr 05, 2024 11:21 Asia/Baku
  • İsrail rejiminin müharibə nazirliyinin saytı sındırılıb

Bir haker qrupu bildiribdir ki, İsrail rejiminin müharibə nazirliyinin saytını sındırıb.

Dünən sənəd və məlumatlar yayan bu haker qrupu qeyd edibdir ki, İsrail rejiminin müharibə nazirliyinin sistemlərinə sızıb.

Özünü «Nethunter» adı ilə təqdim edən bu haker qrupu «t.me/Nethunt3r» ünvanlı teleqram kanalında bildiribdir ki, İsrail rejiminin müharibə nazirliyinin infrastrukturlarına əlçatanlığa müvəffəq olub.

Qrup öz iddiasını sübut etmək üçün sionistlərin müharibə nazirliyinin daxili şəbəkə və sistemlərinə sızma barədəki videosunu yayıb.

Bu qrup həmçinin deyir ki, sözügedən nazirliyin gizli sənədlərini, o sıradan hərbi silah, təchizat və sursatların detallarının dizaynı üzrə bəzi çertyojları və hətta «Dəmir Qübbə» adlı zenit sistemilə əlaqədar sənədləri əldə edib.

Nazirliklə əməkdaşlıq edən daxili və xarici şirkətlərin sənədlərinə əlçatanlıq da bu qrupun ifşa etdiyi informasiyaların digər bir hissəsidir.

 

Teqlər