Apr 19, 2024 13:57 Asia/Baku
  • Sionist rejim Netanyahunun həbs olunması hökmündən nigarandır

Sionist rejimin nazirlər kabineti/ Beynəlxalq Ədalət Məhkəməsinin/ Qəzzədə soyqırımı törətdiklərinə görə, Netanyahu və İsrail rejiminin digər başçıları üçün həbs hökmü çıxarması ehtimalını araşdırmaq məqsədilə fövqəladə iclas keçirib.

Sionist rejimin on ikinci telekanalının məlumatına görə, işğal olunmuş ərazilərdə belə bir nigarançılıq mövcuddur ki, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail rejiminin yüksək vəzifəli məsul şəxslərinə qarşı beynəlxalq həbs hökmü çıxaracaq.

Netanyahu məhz bu məqsədlə sözügedən fövqəladə iclası təşkil edib.

Sionist rejimin bir varlıq təhdidi ilə üzləşdiyini dilə gətirən bu rejimin baş naziri təhlükələrlə mübarizə aparmaq üçün daxili qüvvələrin birliyini istəyib.

 

Teqlər