İraqın Həşdüş-şəbi qüvvələrinin qərargahında partlayış baş verib
İraqın Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəbi bir bəyanatda şənbə günü səhər Babil vilayətindəki Kalsu hərbi bazasında partlayışın baş verdiyini təsdiqləyib.
Həşdüş-Şəbinin bəyanatında bildirilir ki, Babil vilayətinin şimalındakı Əl-Məşru bölgəsində yerləşən Kalsu hərbi bazasında Həşdüş-Şaabi qüvvələrinin qərargahında partlayış baş verib".
Bəyanatın davamında deyilir: "İstintaq qrupu dərhal bazaya gedib. Partlayışda maddi ziyan olub, bəziləri də yaralanıb ki, təfərrüatlar ilkin araşdırmalar tamamlandıqdan sonra açıqlanacaq".
Bununla bağlı Əl-Məyadin telekanalının Bağdaddakı ofisinin direktoru bu, təcavüzkar hücumlarda Kalsu bazasının əsas girişinin və Xalq Səfərbər Qüvvələrinə məxsus iki ofisin və bir avtomobil qarajının hədəfə alındığını və hücumların güclü olduğunu bildirib.
O, həmçinin deyib ki, Həşdüş-Şəbinin bu bazası üç hücumla hədəfə alınıb və ən azı 3 nəfər yaralanıb.
Məlumata əsasən, İraq səmasında ABŞ təyyarələrinin fəaliyyəti hər zamankı kimi adi olub və İraqın hava məkanında təkcə yanacaq dolduran təyyarənin hərəkəti müşahidə olunub.
Bundan əlavə PBS telekanalı Amerika rəsmisinə istinadən xəbər verib ki, İraqın Babil vilayətində partlayışın baş verdiyi ərazidə Amerika ordusunun heç bir fəaliyyəti yoxdur.
ReplyForward
Add reaction