Pilotsuz təyyarələr işğal altındakı Eylatda bir bazaya hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i410943-pilotsuz_təyyarələr_işğal_altındakı_eylatda_bir_bazaya_hücum_edib
İraqın İslami müqavimət qüvvələri növbəti dəfə işğal altındakı Eylat limanında İsrail rejiminin hava bazasını hədəfə alıb.
(last modified 2024-05-06T07:38:49+00:00 )
May 06, 2024 11:38 Asia/Baku
  • Pilotsuz təyyarələr işğal altındakı Eylatda bir bazaya hücum edib

İraqın İslami müqavimət qüvvələri növbəti dəfə işğal altındakı Eylat limanında İsrail rejiminin hava bazasını hədəfə alıb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, İraq İslami Müqaviməti bu bazar ertəsi səhər saatlarında İsrail rejimi ordusunun Umm əl-Rəsraş (Eylat) limanındakı hərbi bazasını pilotsuz təyyarə ilə hədəfə aldığını açıqlayıb.

İraq İslami Müqaviməti bununla bağlı yaydığı bəyanatda Qəzzədə müqavimətə və Fələstin xalqına dəstək məqsədi ilə hücumlarını davam etdirəcəyini bir daha vurğulayaraq, bu hücumların müharibə tamamilə dayandırılana və Qəzzəyə qarşı blokadaya son qoyulana qədər davam edəcəyini bildirib.