Livan Hizbullahı sionist rejimin hərbi bazalarını hədəfə alıb
Livan İslami Müqavimət Hərəkatının İnformasiya Qərargahı Livanın işğal altındakı Şebba fermalarında sionist rejimin "Əl-Radar" hərbi bazasında casusluq sistemlərinin hədəfə alınması əməliyyatının görüntülərini yayıb.
Livan İslami Müqaviməti, həmçinin bildirib ki, Hizbullah döyüşçüləri Kfər Şuba təpələrində sionist rejimin Əl-Səmaqə bazasını raketlə hədəfə alıb.
Hizbullah bir neçə saat əvvəl də bildirib ki, sionist rejim ordusunun "Biranit" kazarmasındakı 91-ci diviziyasının komandanlıq qərargahına Burkan raketləri ilə birbaşa zərbələr endirib və onun bir hissəsini məhv edib".
Sionist rejim ordusunun sözçüsü də bu gün Livan torpağından Miron hava bazasına doğru ən azı 60 raketin atıldığını və və bazaya ziyan dəydiyini bildirib.
Sionist rejimin “Maariv” qəzeti də yazıb ki, Livanın Hizbullah Hərəkatının hücumları nəticəsində Miron hərbi bazasına dəyən ziyanlar cüzi deyil və narahatedicidir.