Livan Hizbullahının liderindən Aliməqamlı Rəhbərə başsağlığı:
Nəsrullah: İşğalçılara qarşı sərt müharibədə sizə güvənirik
Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah dünən Ayətullah Rəisi və yoldaşlarının şəhadəti ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə başsağlığı verib.
Seyid Həsən Nəsrullah İslam İnqilabının Rəhbərinə müraciətində belə bir həssas mərhələdə bu görkəmli şəxslərin itkisinə görə onunla həmdərdlik etdiyini bildirib.
Hizbullah lideri vurğulayıb: “Bizim və bütün məzlumların, müqavimət qüvvələrinin və mücahidlərin ümidi Zati-alilərinin varlığı və müdrik rəhbərliyinizdir”.
İslam İnqilabı Rəhbərinin müstəmləkəçi və işğalçı ölkələrə qarşı sərt müharibədə İslam ümmətinə rəhbərlik vəzifələrini öhdəsinə aldığını vurğulayan Hizbullah Hərəkatının baş katibi bildirib: “Hüseyn Əmir Abdullahiyan bütün beynəlxalq dairələrdə müqavimətin müdafiə bayrağının daşıyıcısı idi”.