Yəmən İsrailin mövqelərinə raket zərbələri endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i411737-yəmən_İsrailin_mövqelərinə_raket_zərbələri_endirib
Sionist rejim radiosu Yəmənin İsrail mövqelərinə raket zərbələri endirdiyini təsdiq edib
(last modified 2024-06-04T13:58:49+00:00 )
İyun 04, 2024 17:57 Asia/Baku
  • Yəmən İsrailin mövqelərinə raket zərbələri endirib

Sionist rejim radiosu Yəmənin İsrail mövqelərinə raket zərbələri endirdiyini təsdiq edib

“Əl-Cəzirə” telekanalı da bu məlumatı Sionist Ordu Radiosuna istinadən yayımlayıb.

Sionist Ordu Radiosunun rejimin təhlükəsizlik xidmətinə istinadən verdiyi açıqlamaya görə, Yəmən silahlı qüvvələri İsrail tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Eylat bölgəsi istiqamətində yer-yer tipli ballistik raket zərbəsi endirib.

Rejimin yaydığı xəbərlərdə bu raketin Qırmızı dənizdən işğal edilmiş Eylat bölgəsinə doğru atıldığını bildirib.

Bu əməliyyatın mümkün nəticələri ilə bağlı hələlik heç bir xəbər yayılmayıb.