İyun 06, 2024 18:04 Asia/Baku
  • Sionist qoşununun bir hissəsi Rəfəhdən çəkilib

Sionist Ordu Radiosu rejim qüvvələrinin Qəzzənin cənubunda yerləşən Rəfəh şəhərində azaldığını elan edib.

Məlumata görə, Xunta rejimin Ordu Radiosu  hərbi briqadalarından birinin Rəfəh şəhərini tərk etdiyini və məntəqədə beş briqadanın qaldığını elan edib.

Xunta Rejim bu gün yayılmış xəbərlərdə Livan Hizbullahının Yuxarı Əl-Cəlilin Hurfeiş bölgəsinə PUA zərbəsi nəticəsində bir əsgəri həlak olduğunu elan edib.

Bundan əlavə Rejim ordusu 228-ci “Alon” briqadasına bağlı “5030”-cu bölüyünün İsrailin işğal etdiyi ərazilərin şimalında Livan Hizbullahının PUA hücumu nəticəsində hərbiçilərdən birinin öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, İsrail ordusunun sözçüsü verdiyi açıqlamada rejimin HƏMAS-ı məhv etmək üçün uzunmüddətli qarşıdurmaların hələ də davam edəcəyini və bu məsələnin tezliklə həlli üçün heç bir yolun olmadığını etiraf edib.

“İsrail ordusu hələ də HƏMAS-ı məhv edə bilməyib və bunun reallaşması hələ də mümkünsüz görünür”- Daniel Haqari əlavə edib

 

 

Teqlər